Mən interyer dizayner – Səbinə Mehdiyeva, ölkəmizin qabaqcıl memarlıq və dizayn şirkətlərindən biri olan INNOVARCH Memarlıq & Dizayn Şirkətində çalışıram. Çoxillik peşəkar təcrübəmə əsaslanaraq, INNOVARCH’ın kreativ interyer dizayn komandası ilə birlikdə həm fərdi yaşayış sahələriniz, həm də biznes layihələriniz üçün innovativ və zövqlü dizayn həlləri təqdim edirik.
Peşəkar fəaliyyətimə 10 il əvvəl başlamışam. Bu müddət ərzində müxtəlif şirkətlərdə və müxtəlif memarlıq layihələrində yer almaqla sizlərə daha peşəkar xidmətlər təqdim etmək üçün özümü inkişaf etdirmişəm. Həmçinin, Bakının ən prestijli biznes və ticarət mərkəzlərindən biri olan “Crescent Bay” layihəsi də daxil olmaqla bir sıra iri layihələrdə də təcrübə qazanmaq imkanım olub.
Biz zövqlü və eyni zamanda funksional məkanlar yaratmaq üçün interyer dizayn həlləri təqdim edirik.
Hərhansı interyer dizayn layihəsinin icrasına başlamazdan əvvəl, biz ilk öncə yaşayış və ya biznes sahələrinizi sizə və ya müştərilərinizə özəl dizayn edə bilmək üçün sizin tərzinizi və ya biznes layihələrinizin uğurlu icrası üçün biznes konseptinizi anlamağa çalışırıq. Komandamızla birgə sizin istək və seçimlərinizi öz yaradıcı fikirlərimizlə birləşdirərək sizə özəl dizayn edilmiş yaşayış sahələri və ya biznes ehtiyaclarınıza müvafiq detallı dizayn təqdim edirik.
Yaşayış və ya biznes sahələrinizi zərafət, yenilik və stilin birləşdiyi bir məkana çevirmək üçün peşəkar interyer dizaynerlərə ehtiyacınız varsa INNOVARCH Memarlıq & Dizayn komandası ilə əlaqə saxlayın. Sizi əmin edirik ki, komandamızın peşəkar və individual xidmətləri sizin gözləntilərinizi üstələyəcəkdir.