Mən interyer dizayner - Səbinə Mehdiyeva, ölkəmizin qabaqcıl memarlıq və dizayn şirkətlərindən biri olan INNOVARCH Memarlıq & Dizayn Şirkətində çalışıram. Çoxillik peşəkar təcrübəmə əsaslanaraq, INNOVARCH'ın kreativ interyer dizayn komandası ilə birlikdə həm fərdi yaşayış sahələriniz, həm də biznes layihələriniz üçün innovativ və zövqlü dizayn həlləri təqdim edirik.
Mən peşəkar fəaliyyətimə 10 il əvvəl başlamışam. Bu müddət ərzində müxtəlif şirkətlərdə və müxtəlif memarlıq layihələrində yer almaqla sizlərə daha peşəkar xidmətlər təqdim etmək üçün özümü inkişaf etdirmişəm. Həmçinin, Bakının ən prestijli biznes və ticarət mərkəzlərindən biri olan "Crescent Bay" layihəsi də daxil olmaqla bir sıra iri layihələrdə də təcrübə qazanmaq imkanım olub.
Biz zövqlü və eyni zamanda funksional məkanlar yaratmaq üçün interyer dizayn həlləri təqdim edirik.
Hərhansı interyer dizayn layihəsinin icrasına başlamazdan əvvəl, biz ilk öncə yaşayış və ya biznes sahələrinizi sizə özəl dizayn edə bilmək üçün sizin tərzinizi və ya biznes layihələrinizin uğurlu icrası üçün biznes konseptinizi anlamağa çalışırıq. Komandamızla birgə sizin istək və seçimlərinizi öz yaradıcı fikirlərimizlə birləşdirərək sizə özəl dizayn edilmiş yaşayış sahələri və ya biznes ehtiyaclarınıza müvafiq detallı dizayn təqdim edirik.
Yaşayış və ya biznes sahələrinizi zərafət, yenilik və stilin birləşdiyi bir məkana çevirmək üçün peşəkar interyer dizaynerlərə ehtiyacınız varsa INNOVARCH Memarlıq & Dizayn komandası ilə əlaqə saxlayın. Sizi əmin edirik ki, bizim peşəkar və individual xidmətlərimiz sizin gözləntilərinizi üstələyəcəkdir.
Səbinə Mehdiyeva İnteryer dizayner
View promo video
İnteryer dizayner kimdir?
İnteryer dizayner məkanların interyerini təmir prosesi üçün əsaslı dizayn edən və planlaşdıran peşəkar şəxsdir. Belə ki, interyer dizaynerlərin əsas vəzifəsi məkanların interyerini öncədən dizayn etməklə xəyallarınızdakı məkana sahib olmaq üçün sizə xidmətlər göstərməkdən ibarətdir. Həmçinin dizaynerlər, təmir prosesinə də nəzarət etməklə təmirin ən peşəkar şəkildə və dizayn layihəsinə uyğun həyata keçirilməsinə nəzarət edir.
Xəyallarımızdakı mənzilə sahib olmaq və ya biznes sahəmizin konseptimizə ən uyğun şəkildə planlaşdırılması baxımından interyer dizaynerlər bizə əvəzolunmaz xidmətlər təqdim edirlər.
İnteryer dizayner ilə çalışmaq nə üçün vacibdir?
İnteryer dizayner xidmətlərinə müraciət etmək bir sıra səbəblərdən dolayı olduqca vacibdir. Bu səbəblərin bir neçəsini sizin diqqətinizə çatdırmaq istərdik:
İnteryer dizaynerlər sizə xəyallarınızdakı vizual görünüşə və ya biznes konseptinizə uyğun məkan dizayn etməkdə kömək edirlər;
Məkanlarımızı, onların ayrı-ayrı hissələrini ən uğurlu formada planlamaqla bizim üçün funksional interyer həllər yaradırlar;
Düzgün təmir büdcə planlaması etməklə bizləri hərhansı gözlənilməz xərclərlə qarşılaşmaqdan siğortalayırlar;
Təmir prosesinə nəzarət etməklə təmirin gözləntilərimizə uyğun keyfiyyətlə nəticələnməsinə nail olurlar;
Mebel və aksesuar seçimlərini və planlaşdırmasını öncədən edirlər ki, bu da bizə məkanların dizayn layihəsinə tam uyğun hazırlanmasına imkan verir.
Peşəkar interyer dizayn xidmətləri
Peşəkar interyer dizayn xidmətləri yuxarıda da qeyd etdiyimiz səbəblərdən təmir, əsaslı təmir və planlama üçün olduqca vacibdir. Ancaq burada ən vacib nüans uğurlu təmir və planlama üçün peşəkar interyer dizayner tapmaqdır. İnteryer dizaynerin peşəkarlığı sadəcə vizual cəzbedici elementlərdə yox, həmçinin də ki, funksional və qalıcı trendlərə əsaslanaraq layihə hazırlamasındadır.
İnteryer dizayn layihələrinin hazırlanması prosesində həmin layihələrin qalıcı trendlərə uyğun dizaynı interyer dizaynerin başlıca vəzifəsidir. Buna görə də interyer dizayn xidmətlərinə müraciət edərkən bütün bu nüansları nəzərə almaq olduqca vacibdir.
INNOVARCH Şirkəti sizlərə peşəkar dizayn həlləri təqdim edir.
Biz öz komandamızda dizayn sferasında çoxillik peşəkar təcrübəyə malik olan interyer dizaynerləri bir araya gətirmişik. Bizim komandamız bir sıra ölkəəhəmiyyətli layihələrin, həmçinin çoxsaylı beynəlxalq layihələrin icrasında yer almışdır. Beləliklə, komandamız müştərilərimizə ən peşəkar şəkildə dizayn xidmətləri təqdim etməyə qadirdir.
Əgər siz də peşəkar interyer dizayner axtarışındasınızsa düşünmədən bizim komandamıza müraciət edə bilərsiniz. Əmin ola bilərsiniz ki, INNOVARCH Şirkəti sizə ən peşəkar şəkildə dizayn xidmətləri təqdim etməklə xəyallarınızdakı yaşayış və ya qeyri-yaşayış sahəsinə sahib olmaqda kömək edəcəkdir. Xidmətlərimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlayın.